Türkiyənin ATAK-2 helikopterinin mühərriki işə salınıb - VİDEO - FOTO

Türkiyənin ATAK-2 helikopterinin mühərriki işə salınıb - VİDEO - FOTO backend

Türkiyədə yerli istehsal olan yeni çoxhədəfli, ağır hücum helikopteri ATAK-2-nin mühərriki ilk dəfə olaraq işə salınıb.

"Report" "Anadolu"ya istinadən xəbər verir ki, helikopteri Türkiyənin Müdafiə Sənayesi İdarəsi ilə bağlanmış müqavilə əsasında TUSAŞ şirkəti hazırlayıb.

Ağır döyüş helikopterinin konstruktoru Mehmet Yılmaz bildirib ki, ATAK-2 layihəsinin icrası 2019-cu ildən 1500-ə qədər mütəxəssisin iştirakı ilə davam edir.

"İşlər fasiləsiz aparılır. Detalların və yığılan hissələrin sınaqdan keçirilməsi həyata keçirilir. Aprelin 23-nə kimi artıq iki mühərrik işə salınıb", - o deyib.

Xatırladaq ki, döyüş helikopterinin uçuş çəkisi 11,5 tona çatır. ATAK-2 helikopterinin əsas silahı 30 mm çaplı topdur.

Qaziler.az Türkiyə mətbuatına istinadən bununla bağlı hazırlanmış videonu və fotoları təqdim edir:

Diaspora