Latviya özündə qalan hava hücumundan müdafiə raketlərindən və onları buraxmaq üçün qurğulardan ibarət “Stinger” kompleksinin hamısını Ukraynaya verəcək.
QAZİLER.AZ APA-ya istinadən xəbər verir ki, bu barədə Latviyanın müdafiə naziri İnara Murnietse “Twitter“ səhifəsində yazıb.
“Bu gün “Ramştayn”dakı görüşdə mən elan etdim ki, Latviya “Stinger”lərin son partiyasını Ukraynaya köçürmək qərarına gəlib. Biz həmçinin Latviyada ukraynalı əsgərlər üçün təlim proqramını davam etdiririk”, - deyə Murnietse yazıb.
Latviya prezidenti Egils Levits bir müddət əvvəl bildirmişdi ki, NATO və Aİ ilk növbədə Ukraynaya lazım olan bütün silah sistemləri, o cümlədən döyüş təyyarələri ilə necə dəstək verəcəyini düşünməlidir.