Azərbaycan atəşkəsi pozmaqda maraqlı tərəfdirsə, erməni tərəfinin yaydığı videoda görünür ki, pikapla dörd nəfər hərbiçi ilə 40-a yaxın erməni hərbiçisinin olduğu yerə gedilməzdi. Hücum edən tərəf dörd hərbiçi ilə deyil, zirehli texnika və xeyli əsgərlə getməli idi.
Qaziler.az bildirir ki, bunu politoloq Məhəmməd Əsədullazadə ermənilərin dünənki təxribatı ilə bağlı öz feysbuk səhifəsində yazıb.
"Ermənistan rəhbərliyi bir neçə aydır ki, sərhəddə möhkəmlənmək və hücum əməliyyatlarına hazırlıq görürdü.
Məhz mühəndis istehkam işləri apramaq yeni hücum əməliyyatının tərkib hissəsidir. Ötən gün Azərbaycan tərəfinin xəbərdarlığına hücum etməklə cavab verməsi, bu ölkənin sülh müqaviləsinin bağlamasında maraqlı olmadığını göstərir.
Qeyd edim ki, Azərbaycan atəşkəsi pozmaqda maraqlı tərəfdirsə, erməni tərəfinin yaydığı videoda görünür ki, pikapla dörd nəfər hərbiçi ilə 40-a yaxın erməni hərbiçisinin olduğu yerə gedilməzdi. Hücum edən tərəf dörd hərbiçi ilə deyil, zirehli texnika və xeyli əsgərlə getməli idi.
Videodan göründüyü kimi Azərbaycan hərbiçiləri yalnız danışıqlar üçün gedib. Qarşı tərəf öz düşmənçilyini ortaya qoyaraq hərbiçilərimizə silah işlədib və nəticədə postlarımıza artilleriyadan atəş açılıb. Ermənistan tərəfinin burada əsas planı Azərbaycanı yerləşdiyi ərazilərdən hücum etməklə çıxarmaqdı. Ermənistan Avropa İttifaqının missiyasından narazıdır və Kollektiv Müqaviləsi Təşkilatının hərbiçilərini sərhəddə yerləşdirmək istəyir. Ona görə də bu kimi təxribatlara əl atır".
Politoloq bildirib ki, İran da bu təxrinbatlarda maraqlıdır: "İranın da bu təxribatlarda maraqlı olduğu və dəstək verdiyi təkzibolunmazdı. İki ölkə arasında hərbi əməkdaşlıq və hərbi kəşfiyyat mübadiləsi üzrə razılıq var. İran raket və PUA-ları Ermənistana verməklə, çalışır ki, sülh müqaviləsi imzalanmasın".
Vaşinqtonda Azərbaycanla Ermənistan liderlərinin görüşü məsələsinə də poxunan Məhəmməd Əsədullazadənin fikrincə, ötən gün lokal döyüşdən sonra Vaşinqtonda Azərbaycanla Ermənistan liderlərinin görüşü mümkündür. "Amma, Ermənistanın İranla və Rusiya ilə paralel çalışması Vaşinqton görüşünə kölgə salır. İlk növbədə ABŞ Ermənistana İran və Rusiya ilə məsafəli davranmalı, Azərbaycan əleyhinə birgə çalışmağa son qoymağı tələb etməlidir. İran SEPAHI Ermənistanla Azərbaycan arasında mümkün sülh müqaviləsinə mane olmaq üçün Moskva ilə birgə kordinasiyalı çalışır. Ona görə də Ermənistanın təxribatlara gedəcəyi mümkündür", - deyə politoloq qeyd edib.
QAZİLER.AZ