Düşmən təxribatının qarşısını alarkən şəhid olanlardan biri Ağstafa rayonundandır.
“Report”un məlumatına görə, Laçın istiqamətində düşmənin təxribatı nəticəsində şəhid olan hərbçilərimizdən biri, Ağstafa rayon Xətai kənd sakini, 1994-cü il təvəllüdlü Həsənov Elşad Qabil oğludur.
O, müddətdən artıq həqiqi hərbi xidmətdə olan hərbi qulluqçu olub.
Qeyd edək ki, E.Həsənov bir neçə ay öncə ailə həyatı qurub.

