QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.
“Terrorçu haradadırsa, hədəfimiz də oradır. İnanırıq ki, millətimizin sevgisi, inamı, duaları bizimlə olduqca, aşa bilməyəcəyimiz heç bir maneə, çətinlik yoxdur. Terrorçuların arxasında kimin dayanmasından, silah, sursat və ya pul verməsindən asılı olmayaraq, onları zərərsizləşdirmək əzmindəyik", - Hulusi Akar qeyd edib.