Azərbaycanlı milyarder Putini tənqid etdi: Ordu yoxdur...

Azərbaycanlı milyarder Putini tənqid etdi: Ordu yoxdur... backend

Azərbaycanlı milyarder Fərhad Əhmədovla rusiyalı prodüser İosif Priqojinə aid olduğu iddia edilən telefon danışığının səs yazısı üzə çıxıb.

QAZİLER.AZ Axar.az-a istinadla xəbər verir ki, telefon danışığı zamanı hər iki şəxs Rusiya rəhbərliyi və Prezident Vladimir Putinin addımlarını dəyərləndirərək, onun fəaliyyətini tənqid ediblər.

Üstəlik, Fərhad Əhmədov Priqojinə müraciətində ölkə rəhbərliyinin Rusiyanı bataqlığa atdığını və indiyə qədər gələcəklə bağlı normal açıqlama eşitmədiyini bildirib:

“Onlar öz aralarında bir-birini qırırlar, bəyanatlar ziddiyyətlidir, konsolidasiya və koordinasiya olunmayıb. Vətəndaş qarşıdurması, hakimiyyət uğrunda mübarizə gedir. Onların kollektiv günahı var. O deyir ki, əsas ordudur, amma bəlli oldu ki, heç ordu da yoxdur. Bizdə respublikadır, prezident ölkəsidir. Prezident hər şeyə görə cavab verəcək. Hər şeyə görə! Ondan soruşacaqlar”.

Həmsöhbətlər, həmçinin, Moskvanın Ukraynadakı işğalçılıq fəaliyyətindən də narazılıq ifadə ediblər. Belə ki, hər iki şəxs Putinin ətrafının yalan məlumatlar verərək, onu bəlanın içərisinə itələdiyini deyiblər.

Əhmədov Priqojinə Rusiyanın gələcəyindən qorxduğunu və bundan sonra ölkədə vətəndaş müharibəsinin olub-olmayacağını təxmin edə bilmədiyini söyləyib. Milyarder Rusiyanın Ukraynadakı savaşını “qardaşın qardaşı öldürməsi” adlandırıb və Moskvanın bundan necə canını qurtara bilmədiyini qeyd edib.

 

 

Diaspora