ABŞ hipersəs raketinin "AGM-183A" modelini sınaqdan keçirib

ABŞ hipersəs raketinin "AGM-183A" modelini sınaqdan keçirib backend

ABŞ Hərbi Hava Qüvvələri bu ay hipersəs raketinin "AGM-183A" modelini sınaqdan keçirib.

QAZİLER.AZ Trend-ə istinadən verdiyi məlumata görə, martın 13-də ABŞ-ın Kaliforniya ştatında bu hipersəs qanadlı raketin prototipinin ikinci sınaq buraxılışı baş tutub. Raketin buraxılması qitələrarası strateji bombardmançı "B-52H Stratofortress" tərəfindən həyata keçirilib.

Eyni zamanda, portal sınaqların uğurlu olub-olmaması barədə məlumat vermir. ABŞ Hərbi Hava Qüvvələrindən bildirilib ki, "onlar bəzi məqsədlərə nail olublar".

Digər təfərrüatlar barədə məlumat verilmir.

 

 

Diaspora