Şimali Koreya “Hvason-17” qitələrarası ballistik raketini sınaqdan keçirib

Şimali Koreya “Hvason-17” qitələrarası ballistik raketini sınaqdan keçirib backend

Şimali Koreya ABŞ və Cənubi Koreyanın regionda keçirdiyi təlimlərə cavab olaraq martın 16-da “Hvason-17” qitələrarası ballistik raketini uğurla sınaqdan keçirib.

QAZİLER.AZ Trend-ə istinadən xəbər verir ki, ABŞ və Cənubi Koreya qüvvələrinin KXDR-ə qarşı keçirdikləri təxribatçı və aqressiv irimiqyaslı hərbi təlimlər səbəbindən Koreya yarımadasında ən qeyri-sabit vəziyyət yaranır. Bu ciddi şəraitdə, martın 16-da Koreya İşçi Partiyasının Mərkəzi Hərbi Komissiyası "Hvason-17" qitələrarası ballistik raketini sınaqdan keçirilməsi barədə qərar qəbul edib", - deyə məlumatda bildirilir.

Raket Pxenyandakı aerodromdan buraxılıb. O, min kilometr uçub və maksimal uçuş hündürlüyü 6045 kilometr olub.

 

 

Diaspora