Hərbi hissələrdə döyüşə hazırolma vəziyyəti yoxlanılıb - FOTO

Hərbi hissələrdə döyüşə hazırolma vəziyyəti yoxlanılıb - FOTO backend

Müdafiə naziri general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi 2023-cü il üçün döyüş hazırlığı planına əsasən, Azərbaycan Ordusunun bir neçə hərbi hissəsində bölmələrin döyüşə hazırolma vəziyyəti yoxlanılıb.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Yoxlamanın başlanması ilə əlaqədar olaraq döyüş bayrağı sıra meydanına gətirilib. Xalqımızın ümummilli lideri Heydər Əliyevin, Azərbaycanın suverenliyi, müstəqilliyi və ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Hərbi orkestrin müşayiəti ilə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Hərbi hissələrdə sıra baxışları keçirilib, maddi-tədris bazaları, şəxsi heyətin silah və döyüş təchizatı, eləcə də hərbi qulluqçuların fərdi hazırlığı yoxlanılıb.

Yoxlamanın yekun nəticələrinə əsasən döyüş hazırlığında fərqlənən bölmələrin mükafatlandırılması mərasimi keçirilib.

Mərasimdə bölmələrin döyüş qabiliyyətinin daha da yüksəldilməsi, komandir heyətinin bilik və bacarıqlarının təkmilləşdirilməsi, silahlanmaya yeni qəbul edilən silah, texnika və cihazların imkanlarının öyrənilməsi, təlimlərin real döyüş şəraitinə uyğun keçirilməsi, həmçinin bayram günlərində ayıq-sayıqlığın artırılması ilə əlaqədar müdafiə nazirinin tapşırıqları müvafiq olaraq çatdırılıb.

Sonda nümunəvi döyüş hazırlığı məşğələsi nümayiş olunub, hərbi xidmətdə fərqlənən bir qrup hərbi qulluqçuya qiymətli hədiyyə və fəxri fərmanlar təqdim edilib.

Diaspora