Hindistan mətbuatı məlumat yayıb
Hindistanın Pithoraqarh şəhərindəki poliqonunda Hindistan və Özbəkistan silahlı qüvvələrinin "DUSTLİK" həftəlik birgə təlimi başlayıb.
QAZİLER.AZ-ın Hindistan mediasına istinadən verdiyi xəbərə görə hər bir ölkə 45 hərbçini təlimlərə cəlb edib, onların vəzifəsi “birgə əməliyyatlar üçün yeni nəsil texnika və texnologiyalardan istifadə etməyi öyrənmək”dir.
Qeyd olunur ki, manevrlər zamanı əsas vurğu iki ölkənin qüvvələri arasında qarşılıqlı fəaliyyətin artırılmasına yönəlib.
“14 gün davam edəcək təlim BMT mandatına uyğun olaraq dağlıq və yarımşəhər ərazilərində birgə antiterror əməliyyatlarına diqqət yetirəcək və səhra təlimləri, döyüş müzakirələri, mühazirələr, nümayişləri əhatə edəcək və sınaq təlimləri ilə yekunlaşacaq”, - Hindistan Müdafiə Nazirliyindən məlumat verilib.
Hindistan Müdafiə Nazirliyi həmçinin bildirib ki, görüş çərçivəsində Sinqhın "müəyyən ŞƏT-ə üzv ölkələrin" müdafiə nazirləri ilə görüşü planlaşdırılıb, bu görüşdə "ikitərəfli məsələlər və qarşılıqlı maraq doğuran məsələlər" müzakirə olunacaq.
QAZİLER.AZ