Müdafiə Nazirliyinin hərbi liseylərinə 2023/2024-cü tədris ili üçün namizədlərin qəbulu qaydaları açıqlanıb.
Qaziler.az xəbər verir ki, Azərbaycan dilində tədris aparılacaq təhsil müəssisəsində təhsil forması əyani olaraq 2 il müəyyən edilib.
Bu il ümumtəhsil müəssisələrində orta təhsil səviyyəsini bitirmiş, qəbul ilində 15 yaşı tamam olan və 17 yaşı tamam olmayan Azərbaycanın kişi cinsli vətəndaşları qəbul edilirlər.
Hərbi liseylərə qəbul olan kursantlar təhsil müddətində bütün təminat növləri ilə təmin olunur və ayda 51 manat məbləğində müavinət alırlar.