Azərbaycan Ordusunda 2023-cü ilin döyüş hazırlığı planına uyğun olaraq tank əleyhinə idarə olunan raket (TƏİR) kompleksi manqasının komandirləri və operatorlarının hazırlığı üzrə toplanış keçirilib.
Qaziler.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən bildirilib.
Heyətlər tərəfindən kompleksin “Döyüşə” və “Səfərə” gətirilmə qaydaları, hədəfgöstərmə, tuşlama və atışların aparılması üzrə fəaliyyətlər icra olunub.
Şəxsi heyətin bilik və bacarığının qiymətləndirilməsi, eləcə də vərdişlərin təkmilləşdirilməsi məqsədilə praktiki atış tapşırıqları uğurla yerinə yetirilib.