Bu haqda rəsmilər məlumat verib
İran Müdafiə Nazirliyinin sursat istehsal edən zavodların birində pilotsuz uçuş aparatlarının hücumu nəticəsində partlayış baş verib. Trend TASS-a istinadən məlumat yayıb.
Yanvarın 28-də gecə saatlarında İran Müdafiə Nazirliyinin mərkəzlərindən birinə pilotsuz uçuş aparatlarından istifadə etməklə uğursuz hücum həyata keçirilib, onlardan biri hava hücumundan müdafiə sistemi tərəfindən vuruldu, digər ikisi isə müdafiə tələlərinə düşərək partladı”, - deyə, əyalət qubernatorunun müavini Məhəmməd Cannesari bildirib.