Axır ki, Kanada razılığa gəldi...
Kanadanın müdafiə naziri Anita Anand cümə axşamı keçirdiyi brifinqdə dörd ədəd Leopard 2 tankının Ukraynaya təhvil verildiyini açıqlayıb.
Qaziler.az Kanada KİV-lərinə istinadla bildirir ki, ölkənin müdafiə naziri açıqlama verib.
"Kanadanın yaxın həftələrdə Ukraynaya dörd ədəd Leopard 2 əsas döyüş tankı veriləcəyini elan edirəm. Bununla da müttəfiqlərimizin və tərəfdaşlarımızın köməyi ilə Ukrayna Silahlı Qüvvələri Vətənin azadlığı və müdafiəsi uğrunda qəhrəmancasına mübarizə aparacaq" - deyə nazir əlavə edib.
"Bu tanklar döyüşə hazırdır və yaxın həftələrdə təhvil veriləcək. Biz həmçinin müttəfiqlərlə koordinasiyada Ukrayna əsgərlərinə bu texnika ilə bağlı lazımi bacarıqları öyrətmək üçün Kanada Silahlı Qüvvələrinin müəyyən sayda şəxsi heyətini yerləşdirəcəyik", deyə Anita Anand qeyd edib.
Bu dəqiqələrdə Ukraynanın FREEDOM televiziyasına verdiyi məlumata görə, Rusiyada müharibəyə getməkdən imtina edənlərin intihar halları artmaqdadır. Onlar sosial mediada "Ukraynada ölməkdənsə, Rusiyada ölmək şərəflidir!" şəklində statuslar da yazıblar.
QAZİLER.AZ