Aİ heç bir sübut tapmayıb

Aİ heç bir sübut tapmayıb backend

İranın Rusiyaya ballistik raket tədarükü xəbəri təsdiqlənməyib

Avropa Birliyinin yüksək rütbəli rəsmisi deyib ki, İranın Rusiyanı ballistik raketlərlə təchiz etdiyinə dair Avropa İttifaqının heç bir sübutu yoxdur.

“Xeyr, İranın Rusiyaya ballistik raketlər verməsi ilə bağlı əlimizdə heç bir sübut yoxdur”, deyə, o, Brüssel çıxışında bildirib.

Eyni zamanda, Aİ-nin İran tərəfindən Rusiyaya pilotsuz uçuş aparatlarının tədarükünə dair sübutlar var, Avropa İttifaqının nümayəndəsi bildirib. Bundan əvvəl Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərin Rusiya Müdafiə Nazirliyinin İrandan pilotsuz uçuş aparatları alması ilə bağlı yayılan xəbərlərə dair  sualını cavablandırıb. Kremlin rəsmi nümayəndəsi belə bir məlumatın olmadığını açıqladı və belə mövzularda birbaşa Rusiya müdafiə departamentinin nümayəndələri ilə əlaqə saxlamağı tövsiyə etdi.

Ötən ilin sonunda İran Xarici İşlər Nazirliyi Rusiyaya pilotsuz təyyarələrin tədarükünü tanıyıb, bununla yanaşı İran Xarici İşlər Nazirliyinin rəhbəri Hüseyn Əmir Abdullahiyan dəqiqləşdirib ki, söhbət kiçik rəqəmdən gedir.

QAZİLER.AZ

loading...
Diaspora