Ermənistan MRSAM hava hücumundan müdafiə sistemi almaq istəyir

Ermənistan MRSAM hava hücumundan müdafiə sistemi almaq istəyir backend

Azərbaycan ordusuna qarşı tarazlıq axtarışında olan İrəvan 70 kilometr mənzilli hava hücumundan müdafiə sistemi tədarük etməyi qarşısına məqsəd qoyub.

İrəvan administrasiyası diqqətini Hindistan-İsrailin birgə istehsalı olan orta mənzilli hava hücumundan müdafiə raket sisteminə yönəldib.

Hindistan mətbuatının yazdığına görə, Ermənistan hava hücumundan müdafiə sistemini gücləndirmək üçün MRSAM ilə inventar sistemlərini yeniləmək istəyir.

Dehli Ermənistana İsraillə birgə istehsal olunan 70 kilometrlik orta mənzilli MRSAM sisteminə əlavə olaraq tək istehsal olunan “Akaş” hava hücumundan müdafiə raket sistemlərini təklif edib. Qeyd edək ki, bu sistemlərdə yer-hava tipli raketlər var.

Sözügedən xəbəri Ermənistanın rəsmi xəbər agentliyi Armenpress də yayıb.

QAZİLER.AZ

mənbə: ensonhaber.com

Diaspora