Mustafa Kamalın şərəfinə düzənlənmiş keçiddə azərbaycanlı Qazilər də iştirak edib

Mustafa Kamalın şərəfinə düzənlənmiş keçiddə azərbaycanlı Qazilər də iştirak edib backend

AZƏRBAYCANLI QAZİLƏR TÜRKİYƏLİ QAZİLƏRLƏ ÖNDƏ ADDIMLAYIRDI

 

 

 

Bu günlərdə Türkiyə Müharip Qazilər Dərnəyinin dəvəti ilə Qazilərimizin Türkiyəyə səfəri başa çatıb. Səfər Gənclər və İdman Nazilrliyi, Səfərbərlik bə Hərbi Xidmətə Çağırış Üzrə Dövlət Xidmətinin dəstəyi ilə təşkil olunmuşdu.

Keçirilən görüş haqda "Tərxis Olunmuş Hərbiçilərin Gəncləri Maarifləndirmə" İctimai Birliyinin sədri Emin Həsənli öz təəssüratlarını "Hərbiand.az"-a açıqlayıb.

O bilditib ki, qardaş dövlətlə bizim Qazilərin arasında sıx əlaqələr yaranıb. İstər Türkiyənin, istər Azərbaycanın özəl və bayram günlərində görüşlər təşkil edilir, Qazilər, Şəhid ailələrinin üzvləri, müharibə veteranları qonaq qismində dəvət olunur, birgə tədbirlər keçirilir. Emin Həsənli bildirib ki, Azərbaycanda fəaliyyət göstərən, o cümlədən rəhbəri olduğu ictimai birliklə əməkdaşlıq edən digər hərbi yönlü dərnəklər də belə tədbirlərdə yaxından iştirak edirlər. Sonuncu dəfə Türkiyə Qaziləri Zəfər Günü münasibətilə təşkil olunmuş tədbirə dəvət olummuşdular.

Səfərin məqsədi haqda açıqlama verən sədr bildirib ki, bu səfər Mersinin, Adananın, Ceyhanın, Tursusun, Osmaniyyənin azad olunması münasibətilə təşkil olunmuşdu. Adətən belə mühüm tədbirlərdə Türkiyə Qaziləri öndə, daha sonra vali, bələdiyyə başqanı və digər rəsmi şəxslər gedirdilər. Bu ilki tədbirdə isə Türkiyə Qaziləri ilə yanaşı Azərbaycan Qaziləri də onlarla birgə çiyin-çiyinə addımlayırdı. Bu bizim üçün fəxr, qürur idi. Biz qardaş dövlətdən Qazilərimizə qarşı belə sevgi, hörmət, qayğı görəndə qürurlanırıq, fəxr edirik.

Daha yaddaqalan bir hadisə isə Mustafa Kamal Paşanın Mersinə qatarla gəlişi şərəfinə düzənlənmiş qatarla Qazilərin keçidində Azərbaycanlı Qazilərin də iştirak etməsi oldu. Bu keçid həmişə ritual kimi qeyd olunur. Bu il də o keçiddə bizim Qazilər də iştirak etdi. Bu bir daha onu sübut etdi ki, Türkiyə öz qardaş dövlətinin Qazisiylə öz Qazisi arasında fərq qoymur. Çünki hər iki dövlətin Qazisi öz torpağı uğrunda canından, qanından, sağlamlığından keçiblər. 

 

 

Diaspora