"Andranik hərbi hissə komandiri Arsen Abqaryanın şəxsi heyətlə mühasirəyə düşdüyünü öyrəndikdən sonra köməyə tələsməyib, geri çəkilmək əmri verib və özü də Qafana qaçıb".
Qaziler.az bildirir ki, hərbi ekspert Ədalət Verdiyev Ermənistanda müharibədə ərazini qoyub qaçan fərari generalların məhkəmələri ilə bağlı deyib.
"Ermənistanda müharibədə ərazini qoyub qaçan fərari generalların məhkəmələri davam edir. Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin müavini Andranik Makaryan Zəngilanın müdafiəsi üçün xüsusi döyüş tapşırığına cavabdeh olub. Andranik hərbi hissə komandiri Arsen Abqaryanın şəxsi heyətlə mühasirəyə düşdüyünü öyrəndikdən sonra köməyə tələsməyib, geri çəkilmək əmri verib və özü də Qafana qaçıb.
Bütün bunların nəticəsində Abqaryanın komandiri olduğu “kimyaçıların hərbi hissəsi”nin 40 hərbçisindən 5-i əsir götürülüb, 12-si həlak olub, qalan 23 hərbçi və avtobus sürücüsü itkin düşüb.
Amma bəziləri Ermənistanda hələ də revanşdan danışır", - deyə hərbi ekspert bildirib.
QAZİLER.AZ