Azərbaycan sülhməramlısı BMT-nin medalı ilə təltif olunub.
Apa xəbər verir ki, bu barədə Azərbaycanın BMT-dəki Nümayəndəliyinin "Twitter" hesabında məlumat verilib.
Bildirilib ki, Azərbaycan sülhməramlısı mayor İlkin Xəlilov - BMT-nin Cənubi Sudandakı Missiyasının hərbi üzvü kimi vəzifələrini layiqincə yerinə yetirdiyinə və sülhün qorunmasında xidmətlərinə görə Birləşmiş Millətlər Təşkilatının medalı ilə təltif olunub.
