Müdafiə naziri xidməti-döyüş fəaliyyətinə dair göstərişlər verdi - FOTO

Müdafiə naziri xidməti-döyüş fəaliyyətinə dair göstərişlər verdi - FOTO backend

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin tapşırığına əsasən yanvarın 3-də müdafiə naziri general-polkovnik Zakir Həsənov Quru Qoşunlarının qərargahında olub.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

General-polkovnik Z.Həsənov Quru Qoşunlarının Döyüşü İdarəetmə Mərkəzində əməliyyat şəraiti ilə bağlı məruzələri dinləyib, xidməti-döyüş fəaliyyətinə dair müvafiq göstərişlər verib.

Sonra Quru Qoşunlarının idarə heyəti ilə keçirilən xidməti müşavirədə görülən işlərin təhlili aparılıb, döyüş hazırlığının və hərbi qulluqçuların peşəkarlıq səviyyələrinin daim yüksək səviyyədə saxlanılması, eləcə də bölmələrin və idarəetmə məntəqələrinin praktiki məşq etdirilməsi ilə bağlı göstərişlər verilib.

General-polkovnik Z.Həsənov Ali Baş Komandanın Azərbaycan Ordusunun qarşısında qoyduğu tapşırıqları aidiyyəti üzrə komandir-rəis heyətinin diqqətinə çatdırıb. Müşavirə iştirakçılarına 2023-cü ildə xidmətlərində uğurlar arzulayıb.

 

Diaspora