Türkiyə nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edib

Türkiyə nümayəndə heyəti HHQ-nin hərbi hissələrini ziyarət edib backend

Türkiyə nümayəndə heyəti Hərbi Hava Qüvvələrinin (HHQ) hərbi hissələrini ziyarət edib.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Ziyarət Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında 2022-ci il üçün ikitərəfli hərbi əməkdaşlıq proqramına uyğun olaraq hər iki ölkənin Hərbi Hava Qüvvələrinin nümayəndələri arasında keçirilən 13-cü Qərargah danışıqları çərçivəsində baş tutub.

Qonaqlara hərbi hissələrin yaranma tarixi və fəaliyyəti, birinci Qarabağ və Vətən müharibəsində keçdiyi döyüş yolları barədə ətraflı brifinq təqdim olunub.

Sonra türkiyəli nümayəndə heyətinə hərbi hissələrin silahlanmasında olan döyüş texnikası və aviasiya-uçuş vasitələri haqqında geniş məlumat verilib.

Sonda qarşılıqlı hədiyyələr təqdim edilib və xatirə şəkli çəkdirilib.

Diaspora