Bu təlimlər növbəti, yerində verilmiş cavabdır - Hərbi ekspert

Bu təlimlər növbəti, yerində verilmiş cavabdır -  Hərbi ekspert backend

Azərbaycan və Türkiyə ordularının birgə təlimləri davam edir.

Hərbi ekspert Tərlan Eyvazov bunun İran və Ermənistana çox güclü ismarış olduğunu bildirib.

Hərbi ekspert bununla bununla bağlı Qaziler.az-a bunları bildirib:

"Azərbaycan istiqlalinı qazanan gündən Azərbaycan və Türkiyə müttəfiqdir qardaşdır. Bütün sahələrdə olduğu kimi silahlı qüvvələrimizin yarandığı ilk gündən biz onlarla hərbi təlimlər keçiririk. Bununla bağlı məxsusi qərar ötən il Şuşada imzalandı.

Qəribədir ki, 30 il ərzində Azərbaycanla sərhəddə heç bir təlim keçirməyən İran artıq üçüncü təlimini keçirib və bu yaxınlarda bitirib.

Azərbaycan da bu yaxınlarda Lənkəranda, cənub istiqamətində xüsusi təyinatlıların təlimini keçirdi.

İndiyə qədər keçirilən təlimlər müxtəlif səviyyələrdə olub. İndi başlayan təlimlər İranla sərhəddə  keçirilir. Məncə bu təlimlər plan əsasında aparılır Həmin yerin seçilməsi də təsadüfi deyil. Bu, İrana və Ermənistana mesajdır. Yəni həddinizi aşmayın, Azərbaycan tək deyil. Siz orada hər hansı təxribat törətsəniz və ya Azərbaycan sərhədini pozmağa çalışsanız türk ordususunu qarşınızda görəcəksiniz. 

Yadınızdadırsa, Azərbaycan neft kontraktları bağlayıb Xəzərdə çalışmağa başlayanda İranın gəmiləri və təyyarələri bizim sərhədlərimizi pozarkən onda da Türkiyə öz sözünü dedi və türk şahinləri gəlib əsasən Xəzər üzərində uçuşlar həyata keçirdilər. 

Yəni bu təlimlər də növbəti, yerində verilmiş cavabdır və inanaq ki, İran da bundan lazımı dərsini götürəcək. 

Qeyd edim ki, bu təlimlərdə bir xüsusilik var: Türkiyənin ən yüksək səviyyədə hazırlıqlı  xüsusi təyinatlılar - "bordo - berelilər" də burada iştirak edir. Türkiyənin "bordo-berelilər"i bütün dünyanın silahlı qüvvələri arasında məxsusi yeri olanlardandır. Yəni ən yaxşıların ən yaxşısıdır. Onların da bu təlimlərə cəlb olunması çox şeydən xəbər verir. Bu da İran və Ermənistana çox güclü ismarışdır".

QAZİLER.AZ

Diaspora