Pakistan HDQ komandanı Hərbi İnstitutu və hərbi hissəni ziyarət edib - FOTO

Pakistan HDQ komandanı Hərbi İnstitutu və hərbi hissəni ziyarət edib - FOTO backend

Pakistan Hərbi Dəniz Qüvvələri komandanı Hərbi İnstitutu və N saylı hərbi hissəni ziyarət edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Pakistan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı admiral Muhammad Amcad Xan Niazinin ölkəmizdə səfəri davam edir.

Dekabrın 2-də admiral Niazinin rəhbərlik etdiyi nümayəndə heyəti Heydər Əliyev adına Hərbi İnstitutu ziyarət edib.

Qonaqlara hərbi təhsil müəssisəsinin yaranma tarixi, əsas fəaliyyət istiqaməti və tədris prosesi barədə brifinq təqdim edilib.

Pakistan HDQ komandanı Hərbi İnstitutun “Fəxri qonaqlar kitabı"nı imzalayıb.

Sonra qonaqlar Heydər Əliyev adına Hərbi İnstitutun Hərbi Dəniz Qüvvələri fakültəsindəki tədris prosesi və burada şəxsi heyət üçün yaradılan şəraitlə tanış olublar.

Daha sonra nümayəndə heyəti HDQ-nin N saylı hərbi hissəni ziyarət edib.

Əvvəlcə hərbi hissənin ərazisində şəhidlərin xatirəsinə ucaldılan abidə önünə gül dəstələri düzülərək ehtiram nümayiş etdirilib.

Qonaqlara hərbi hissənin fəaliyyəti, şəxsi heyətin hazırlıq prosesi və xidmət şəraiti haqqında ətraflı məlumat verilib.

Hərbi hissə ilə tanışlıqdan sonra dəniz piyadalarının istifadəsində olan silah və texniki vasitələrə baxış keçirilib.

Sonda hərbi hissənin ərazisindəki təlim poliqonunda sualtı hücum və sualtı müdafiə bölmələrinin dalğıclarının nümunəvi çıxışları nümayiş etdirilib.

Diaspora