Xəbər verildiyi kimi, bu gün Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı birləşmələrinin üzvlərinin Ağdam və Xocalı rayonları ərazilərində döyüş mövqelərinin möhkəmləndirilməsi məqsədilə mühəndis tədbirləri icra etmələri ordumuzun bölmələri tərəfindən müşahidə edilib.
Müdafiə Nazirliyi məlumat yayıb ki, ermənilərin həyata keçirirmək istədiyi qanunsuz fəaliyyətin qarşısının alınması məqsədilə ordumuzun bölmələri tərəfindən zəruri tədbirlər görülüb.
Bununla bağlı tanınmış jurnalist, Qarabağ qazisi Rey Kərimoğlunun fikirlərini öyrəndik. O, bildirdi ki, həqiqətən bu gün cəbhədə az da olsa yenə gərginlik yaşanıb. Qanunsuz erməni silahlı birləşmələrinin Ağdam və Xocalıda pis niyyətlərinin qarşısı müzəffər ordumuz tərəfindən alınıb.
“Əslində cəbhədə nə baş verib? Ermənilər həmişə olduğu kimi, yenə təxribatlarını davam etdirilər. Səngər qazır, müxtəlif hərbi məqsədli işlər görməyə cəhd ediblər. Müzəffər ordumuzun qəhrəman döyüşüçüləri isə zəruri tədbirlər görüb. Şükür Allaha, itkilərimiz olmayıb. Heç ermənilərdən də ölən və ya yaralanan olmayıb. Ardınca Rusiya Prezidenti Putin Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Düşünürəm ki, bu gün baş verən təxribatla Putinin zəngi arasında əlaqə var” - deyə R.Kərimoğlu əlavə edib.
QAZİLER.AZ