Generalların birbaşa döyüş mövqeyində olmasının səbəbi nə idi? - VİDEO

Generalların birbaşa döyüş mövqeyində olmasının səbəbi nə idi? -  VİDEO backend

“Generalın döyüş nöqtələrinə yaxın ərazilərdə fəaliyyət göstərməsi şəxsi heyətin idarə edilməsi, döyüş şəraitinin düzgün qiymətləndirilməsi və qərarların düzgün qəbul edilməsi baxımından önəmlidir”.

Xəzər TV xəbər verir ki, bu fikirləri Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant İlham Mehdiyev generalların müharibə zamanı döyüş nöqtələrinə yaxın ərazilərdə yerləşməsi ilə bağlı suala cavab verərkən deyib.

Onun fikrincə, generalın döyüş nöqtələrinə yaxın olması həm də şəxsi heyətdə ruh yüksəkliyi yaradır:

“Mənim döyüş əməliyyatları rayonunda olmağım, bilavasitə idarəetməni yaxın məsafədə həyata keçirməyim əməliyyatları düzgün, itkisiz aparmağım üçün zəruri idi və nəticədə uğurlara səbəb olurdu. Telefonla məlumat alaraq qərar qəbul etmək isə çətinlik yarada bilərdi. Hesab edirəm ki, general olaraq, Dövlət Sərhəd Xidməti rəisinin müavini olaraq bu ərazilərdə şəxsi heyətin yanında olmuşdum”.

Diaspora