Azərbaycanın HDQ komandanı İtaliyaya səfərə gedib

Azərbaycanın HDQ komandanı İtaliyaya səfərə gedib backend

İtaliyanın Dəniz Qüvvələri komandanı admiral Enriko Kredendinonun dəvəti ilə Azərbaycan Hərbi Dəniz Qüvvələri (HDQ) komandanı kontr-admiral Sübhan Bəkirov Venesiya şəhərində keçirilən 13-cü Trans-Regional Dəniz Gücü Simpoziumunda iştirak etmək məqsədilə İtaliyaya rəsmi səfər edib.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

44 ölkənin HDQ komandanları və 18 mühüm dəniz təşkilatarının nümayəndələrinin iştirakı ilə keçirilən tədbirdə əsas məqsəd dəniz nəqliyyatında təhlükəsizliyin təmin olunması üzrə müzakirələrin aparılmasıdır.

Beynəlxalq simpozium oktyabrın 7-dək davam edəcək.

Diaspora