Müdafiə Nazirliyindən Ermənistanın yaydığı məlumatlarla bağlı AÇIQLAMA

Müdafiə Nazirliyindən Ermənistanın yaydığı məlumatlarla bağlı   AÇIQLAMA backend

Ermənistan tərəfinin minaatanlar və iriçaplı atıcı silahlardan atəş açmaqla atəşkəsin Azərbaycan Ordusunun bölmələri tərəfindən pozulması barədə yaydığı məlumatlar yalandır.

Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, belə məlumatlar yaymaqla Ermənistan Müdafiə Nazirliyi atəşkəsin məhz onlar tərəfindən pozulması faktını gizlətməyə çalışır.

“Bildiririk ki, Azərbaycan Ordusunun bölmələri yalnız qarşı tərəfin atəş nöqtələrinin susdurulması məqsədilə adekvat cavab tədbirləri görüb”, - deyə nazirliyin yaydığı məlumatda qeyd edilib.

Diaspora