Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub

Azərbaycan-Özbəkistan hərbi əməkdaşlığının inkişaf perspektivləri müzakirə olunub backend

Azərbaycanla Özbəkistan arasında maddi-texniki təminat sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə olunub.

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, müdafiə nazirinin müavini - Maddi-Texniki Təminat Baş İdarəsinin rəisi general-leytenant Nizam Osmanov ölkəmizdə səfərdə olan Özbəkistanın Müdafiə Nazirliyinin maddi-texniki təminat üzrə nümayəndə heyəti ilə görüşüb.

General-leytenant N.Osmanov qonaqları salamlayaraq Azərbaycan ilə Özbəkistan arasında hərbi sahədə əməkdaşlığın dostluq və qardaşlıq münasibətləri üzərində qurulduğunu, bu əlaqələrin daim inkişaf etdiyini xüsusi vurğulayıb.

Ölkəmizə səfərdən məmnunluğunu ifadə edən qonaqlar Azərbaycan-Özbəkistan münasibətlərinin möhkəmlənməsində bu cür görüşlərin və qarşılıqlı əlaqələrin genişləndirilməsinin zəruriliyini bildirib. Görüşdə maraq doğuran digər məsələlər də müzakirə olunub.

Sonda nümayəndə heyəti Müdafiə Nazirliyinin Mərkəzi Əşya Bazası və Mərkəzi Ərzaq Anbarı, eləcə də tank təmiri zavodunu ziyarət edərək burada görülən işlərlə tanış olublar.

Diaspora