Türkiyə Milli Müdafiə Nazirliyi Bakının erməni-bolşevik işğalından azad olunmasının 104-cü ildönümü münasibətilə Azərbaycanı təbrik edib.
Təbrik mətni nazirliyin “Twitter” hesabında yayımlanıb.
“Biz doğma qardaşlarıq; iki dövlət, bir millətik! Bakının düşmən işğalından azad edilməsini qeyd etdiyimiz bu əlamətdar gündə Ermənistanın təcavüzkar və təxribatçı hərəkətlərinə qəti şəkildə qarşı çıxan qəhrəman Azərbaycan Ordusunu və nəcib Azərbaycan türk qardaşlarımızı salamlayırıq!”, - deyə təbrik mətnində qeyd edilib.