Sosial şəbəkələrdə Azərbaycan Ordusunun fəaliyyətinə kölgə salan məlumatlar, video və şəkillər yayılır.
Trend-in məlumatın görə, bunu Müdafiə Nazirliyinin Mətbuat Xidmətinin rəis müavini, polkovnik-leytenant Anar Eyvazov brifinq zamanı deyib.
"Sosial şəbəkələrdə yayılan məlumatlar ictimaiyyət arasında çaşqınlıq yaratmasın.
İctimaiyyət bu məlumatlara inanmasın. İctimaiyyəti diqqətli olmağa, yalnız rəsmi məlumatlara istinad etməyə çağırırıq", - o qeyd edib.