Türkiyə Milli Müdafiə Nazirliyi Ermənistanın təxribatı nəticəsində şəhid olmuş hərbçilərlə bağlı Azərbaycana başsağlığı verib.
Bununla bağlı nazirlik “Twitter”də paylaşım edib.
Paylaşımda deyilir:
“Ermənistanla sərhəd xəttində baş verən toqquşmalarda şəhid olan Azərbaycan ordusunun qəhrəman əsgərlərimizə Allahdan rəhmət, yaralılarımıza tezliklə şəfa, qardaş Azərbaycan xalqına isə başsağlığı və səbr diləyirik”.