Türkiyə ordusunun İraqın şimalında zərərsizləşdirdiyi terrorçuların sayı açıqlanıb

Türkiyə ordusunun İraqın şimalında zərərsizləşdirdiyi terrorçuların sayı açıqlanıb backend

Türkiyə Silahlı Qüvvələrinin İraqın şimalında keçirdiyi "Pənçə-kilit" əməliyyatı zamanı indiyədək zərərsizləşdirilən terrorçuların sayı açıqlanıb.

"Report" "TRT Haber"ə istinadən xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, indiyədək 371 terrorçu məhv edilib: "Lakin bu rəqəmin artacağı istisna deyil. Çünki ərazinin relyefi çox mürəkkəbdir. Bununla əlaqədər olaraq bəzi gələcək günlərdə növbəti cəsədlər üzə çıxa bilər".

loading...
Diaspora