Hərbi Tibb Fakültəsində andiçmə mərasimi keçirilib - FOTO

Hərbi Tibb Fakültəsində andiçmə mərasimi keçirilib - FOTO backend

Tədris ilinin başlanması münasibətilə Mərkəzi Hərbi Klinik Hospitalın ərazisində Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsinin kursantlarının andiçmə mərasimi keçirilib.

Bu barədə Müdafiə Nazirliyindən bildirilib.

Əvvəlcə ulu öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyü uğrunda şəhid olanların xatirəsi bir dəqiqəlik sükutla yad olunub. Hərbi orkestrin ifasında Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Sonra kursantlar sıra meydanında təntənəli surətdə Vətənə sədaqət andı içiblər.

Hərbi Tibb Fakültəsinin rəisi tibb xidməti polkovniki Çingiz Əlləzov kursantları təbrik edərək onlara təhsildə və xidmətdə uğurlar arzulayıb.

Digər çıxış edənlər gələcəyin hərbi həkimlərinə Vətənə, xalqa və Hərbi anda sadiq olmağı, nizam-intizamla xidmət etməyi tövsiyə ediblər.

Andiçmə mərasimindən sonra valideynlər kursantlar üçün yaradılan şəraitlə tanış olublar.

loading...
Diaspora