Azərbaycan Müdafiə Sənayesi Nazirliyi və Türkiyənin ASELSAN şirkətinin birgə layihəsi əsasında 250 kq çəkisi olan “QFAB-250 LG” HE bombası hazırlanıb.
APA xəbər verir ki, 250 kq qəlpəli-fuqaslı aviabomba daha dəqiq nişanalmaya malikdir. O, hərbi texnikanı, qurğuları, hərbi sənaye və energetika obyektlərini, nəqliyyat vasitələrini, aerodromdakı təyyarələri, anbarları, körpüləri, canlı qüvvəni və düşmənin digər hədəflərini məhv etmək üçün nəzərdə tutulub.