İlkin hərbi qeydiyyata alınanlar məcburi qaydada narkoloji müayinədən keçiriləcək - RƏSMİ

İlkin hərbi qeydiyyata alınanlar məcburi qaydada narkoloji müayinədən keçiriləcək -  RƏSMİ backend

Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatında olan və ilkin hərbi qeydiyyata alınan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün ambulator və ya stasionar tibbi müayinə ilə yanaşı, icbari narkoloji müayinəyə göndəriləcək.

Bu, Nazirlər Kabinetinin müvafiq qərarlarına edilən dəyişiklikdə əksini tapıb.

Qərara əsasən, hərbi xidmətə (orqanlarda xidmətə) könüllü daxil olan vətəndaş xəstəliyin diaqnozunun dəqiqləşdirilməsi üçün icbari narkoloji müayinəyə göndərilə bilər.

Eyni zamanda kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinin sağlamlığının yoxlanması qaydasına kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə müvafiq qanuna uyğun olaraq icbari narkoloji müayinədən keçmələri ilə bağlı müddəa əlavə edilib.

Qeyd edək ki, “Azərbaycan Respublikasının Narkoloji xidmət və nəzarət haqqında” qanuna müddətli həqiqi hərbi xidmətə çağırılan şəxslər çağırış dövründə qeydiyyatda olduqları dövlət tibb müəssisələri tərəfindən, hərbi xidmətə könüllü daxil olanlar bağlaşma imzalanmazdan əvvəl bağlaşma bağladıqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, birbaşa kadr zabit heyətinə könüllü daxil olanlar həqiqi hərbi xidmətə daxil olmaları barədə əmr imzalanmazdan əvvəl kadr zabit heyətinə daxil olduqları dövlət orqanlarının tibb müəssisələri tərəfindən, həqiqi hərbi xidmət hərbi qulluqçuları (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) ildə bir dəfədən az olmayaraq xidmət keçdikləri dövlət orqanlarının tibb müəssisələri tərəfindən icbari narkoloji müayinədən keçirilirməsi ilə bağlı müddəa əlavə edilib. Bundan irəli gələrək bir sıra qərarlara dəyişiklik edilməsi zərurəti yaranıb.

Diaspora