“Artilleriya atəşinin ustaları”nın püşkatma mərasimi keçirilib

“Artilleriya atəşinin ustaları”nın püşkatma mərasimi keçirilib backend

"Beynəlxalq Ordu Oyunları - 2022” yarışları çərçivəsində Qazaxıstanın Otar hərbi bazasında keçiriləcək “Artilleriya atəşinin ustaları” müsabiqəsinin püşkatma mərasimi keçirilib.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib. Məlumata görə, püşkatmanın nəticəsinə əsasən komandaların müsabiqənin mərhələ və epizodlarının icrası üzrə sıralanması müəyyənləşdirilib.

Həmçinin artilleriyaçılarımız atıcı silah və təchizatları da qəbul ediblər.

Qeyd olunub ki, beynəlxalq müsabiqədə 9 ölkənin komandası mübarizə aparacaq.

loading...
Diaspora