İyulun 30-u axşam saatlarından başlayaraq 31-i gecə ərzində Ermənistan silahlı qüvvələrinin bölmələri dövlət sərhədinin Gədəbəy və Kəlbəcər rayonları istiqamətlərində yerləşən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan intensiv atəşə tutub.
Bu barədə Müdafiə Nazirliyi məlumat verib.
Bundan başqa, Rusiya sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri tərəfindən Ordumuzun Xocavənd rayonunun Əmiranlar yaşayış məntəqəsi istiqamətində yerləşən mövqeləri də müxtəlif çaplı atıcı silahlar və snayper tüfənglərindən atəşə tutulub.
Qeyd olunan istiqamətlərdə bölmələrimiz tərəfindən adekvat cavab tədbirləri görülüb.