Müdafiə Nazirliyi (MN) ermənilərin sərhəddə Azərbaycan tərəfinin guya atəşkəsi pozması barədə yaydığı məlumata cavab verib.
Nazirliyin Mətbuat xidmətindən Trend-ə verilən məlumatda bu informasiyanın yalan olduğu bildirilib.
"Azərbaycan-Ermənistan dövlət sərhədində Ordumuzun bölmələri tərəfindən guya qarşı tərəfin mövqeləri istiqamətində atəş açılması barədə erməni mətbuatında yayılan məlumat yalandır, dezinformasiya xarakteri daşıyır", - məlumatda deyilir.