Ukrayna ordusunun həlak olan azərbaycanlı hərbçisi son mənzilə yola salınıb - FOTO

Ukrayna ordusunun həlak olan azərbaycanlı hərbçisi son mənzilə yola salınıb - FOTO backend

Kiyevdə bu gün Ukrayna ordusunun həlak olan azərbaycanlı hərbçisi Kərim Qulamovun son mənzilə yola salınma mərasimi başa tutub.

"Report"un Şərqi Avropa bürosunun məlumatına görə, azərbaycanlı hərbçi ilə vida mərasimi paytaxtın mərkəzində kilsələrdən birində baş tutub. O Kiyevdə dəfn olunacaq.

Qeyd edək ki, əslən Azərbaycandan olan Ukrayna vətəndaşı Kərim Qulamov 17 iyulda Rusiya ilə müharibədə həlak olub.

K.Qulamov Ukraynanın Donbas bölgəsində Antiterror Əməliyyatının veteranlarından olub, 73-cü xüsusi əməliyyatda yaxından iştirak edib. O, 2018-ci ildə Ukraynanın “M2” telekanlında hərbi hit-paradın aparıcısı olub. Kərim Qulamov Andriy Antonenko (“Riffmaster”) ilə bir yerdə işləyib. O, Antonenko ilə bir yerdə döyüşlərdə həlak olub.

K.Qulamov Kiyev vilayətinin Obuxov şəhərində məktəbi bitirib, İrpendə yaşayıb.

Əslən Azərbaycanın Lənkəran rayonundan olan K.Qulamovun iyulun 26-da 35 yaşı tamam olacaqdı.

loading...
Diaspora