Müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev iyunun 24-də Moskvada keçirilən Müstəqil Dövlətlər Birliyinə (MDB) üzv ölkələrin Müdafiə Nazirləri Şurasının 80-ci iclasında iştirak edib.
Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.
Qeyd edək ki, K.Vəliyev Rusiya Federasiyasında səfərdədir.



