Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib - FOTO - VİDEO

Azərbaycan Ordusunda Milli Qurtuluş Günü münasibətilə tədbirlər keçirilib - FOTO - VİDEO backend

Müdafiə nazirinin təsdiq etdiyi tədbirlər planına əsasən Azərbaycan Ordusunda 15 iyun - Milli Qurtuluş Günü ilə əlqədar silsilə tədbirlər keçirilib.

Nazirlikdən verilən xəbərə görə, plana əsasən şəxsi heyət Heydər Əliyev mərkəzlərini, muzeyləri və abidələri ziyarət edib, Ulu Öndərin şərəfli həyat yolu və fəaliyyəti haqqında filmlər nümayiş etdirilib, konfranslar, eləcə də müxtəlif mədəni-kütləvi tədbirlər təşkil olunub.

Müdafiə Nazirliyinin rəhbərliyi və Azərbaycan Ordusunun şəxsi heyətinin iştirak etdiyi tədbirlərdə əvvəlcə xalqımızın ümummilli lideri Heydər Əliyevin və ölkəmizin suverenliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Çıxış edənlər Ulu Öndərin ikinci dəfə hakimiyyətə qayıdışından sonra ölkəmizdə həyata keçirilən işlərdən və onun siyasi kursunun bu gün ölkə Prezidenti, Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən, eləcə də Vətən müharibəsində qazanılan şanlı qələbənin tarixi əhəmiyyətindən danışıblar.

Tədbirin bədii hissəsində Həzi Aslanov adına Ordu İdeoloji və Mədəniyyət Mərkəzinin, Gəncə Qarnizonu İdeoloji və Mədəniyyət Mərkəzinin mahnı və rəqs ansamblı, həmçinin incəsənət xadimlərinin iştirakı ilə rəngarəng konsert proqramları təqdim edilib.

loading...
Diaspora