Türkiyə Silahlı Qüvvələrinin ən böyük planlı təlimlərindən biri olan “Efes-2022” uğurla başa çatıb.
Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb:
“37 dost və müttəfiq ölkənin iştirakı ilə 10 mindən çox şəxsi heyətin çalışdığı “Efes-2022” təlimi planlaşdırıldığı kimi uğurla başa çatıb. Təlimdə iştirak edən bütün şəxsi heyəti təbrik edirik”.
“Efes-2022” təlimi Azərbaycan da daxil olmaqla 37 ölkədən 11 minə yaxın şəxsi heyətin iştirakı ilə keçirilib.