“Efes-2022” çoxmillətli təlimində yüksək peşəkarlıq nümayiş etdirilib - FOTO

“Efes-2022” çoxmillətli təlimində yüksək peşəkarlıq nümayiş etdirilib - FOTO backend

İyunun 9-da Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov “Efes-2022” çoxmillətli təliminin sonuncu günündə icra olunan tapşırıqları izləyib.

Qaziler.az Müdafiə Nazirliyinə istinadən bildirir ki, yüksək səviyyəli qonaqlar qismində təlimi izləmək üçün Türkiyə Respublikasının Prezidenti cənab Rəcəb Tayyib Ərdoğan poliqona gəlib.

Təlim iştirakçıları snayper atışları, mühüm əhəmiyyətə malik hədəfin ələ keçirilməsi, eləcə də dəniz piyadalarının sahil obyektinə basqın tapşırıqlarını yerinə yetiriblər.

Əlahiddə Ümumqoşun Ordudan və Hərbi Dəniz Qüvvələrindən bir qrup hərbi qulluqçumuzun da cəlb edildiyi beynəlxalq təlimdə iştirakçılar yüksək peşəkarlıq nümayiş etdiriblər.

loading...
Diaspora