Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “Efes-2022” beynəlxalq hərbi təlimlərinin İzmirdə keçiriləcək “Yüksək səviyyəli müşahidəçi günü”nü izləyəcək.
Qaziler.az Modern.az-a istinadla xəbər verir ki, Türkiyə liderinin Azərbaycan hərbçilərinin də iştirakı ilə keçirilən təlimlər çərçivəsində çıxışı nəzərdə tutulub.
Qeyd edək ki, mayın 9-da başlanan təlimlər sabah başa çatacaq.
 
                 
            
 
					 
					 
					 
					
 
                                                 
                                             
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                 
                                                
