Türkiyənin ASELSAN şirkəti tərəfindən pilotsuz uçuş aparatlarına (PUA) qarşı təhdidləri aradan qaldırmaq üçün hazırlanan yeni Şahin dron ovçusu ilk dəfə "EFES-2022 Təlimi" çərçivəsində nümayiş etdirilib.
Trend xəbər verir ki, TurkicWorld-un məlumatına görə, dron ovçusu 40 millimetrlik qumbaraatanla və smart sistemlərlə təchiz olunub.
Testlərdən uğurla çıxan Şahinin yaxın zamanlarda Türkiyə Təhlükəsizlik Qüvvələrinin istifadəsinə verilməsi gözlənilir.


