Komandoların ərzaq payı normaları müəyyənləşib

Komandoların ərzaq payı normaları müəyyənləşib backend

Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı normaları müəyyənləşib.

APA-nın məlumatına görə, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrin və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsi heyəti üçün ərzaq payı normalarının və xidməti heyvanlarının yemləmə normalarının təsdiq edilməsi haqqında” qərarında müvafiq dəyişiklik edib.

Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının ərzaq payı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı dəstələrinin ərzaq payı normalarına uyğun olacaq:

Sıra

№-si

Ərzaq məhsullarının adı

1 nəfər üçün gündəlik ərzaq norması

(qramla)

1

2

3

1.

1-ci növ buğda unundan bişirilmiş ağ çörək

750

2.

2-ci növ buğda unu

10

3.

Müxtəlif yarmalar

120

4.

Makaron məmulatları

40

5.

Ət

300

6.

Kolbasa

30

7.

Balıq

90

8.

Bitki yağı

40

9.

Kərə yağı

40

10.

İnək südü

və ya qatılaşdırılmış şəkərli süd

200

40

11.

Xama

30

12.

Pendir

20

13.

Toyuq yumurtası (ədədlə)

1

14.

Şəkər

70

15.

Xörək duzu

20

16.

Cem (povidlo)

20

17.

Çay

2

18.

Təbii qəhvə

2

19.

Müxtəlif ədviyyat (istiot, sarıkök, zəfəran və s.)

0,3

20.

Xardal tozu

0,3

21.

Dəfnə yarpağı və ya qurudulmuş göyərti

0,3

22.

Sirkə və ya müxtəlif souslar

2

23.

Tomat pastası

6

24.

Kartof və tərəvəz, cəmi:

940

 

- kartof

600

- kələm

120

- çuğundur

30

- yerkökü

40

- soğan

50

- xiyar, pomidor, turşu, göyərti

100

25.

Təzə meyvə və yaxud meyvə şirəsi

200

26.

Qurudulmuş meyvələr

20

27.

Zeytun

10

28.

Şokolad

10

29.

Ləpə (qoz, fındıq, kişmiş)

20

30.

Halva

20

31.

Vitamin preparatı “Heksavit”

1

Bu Norma üzrə dövlət hesabına Azərbaycan Ordusunun əməliyyat (komando) briqadalarının zabit, gizir, müddətdən artıq həqiqi hərbi xidmət və müddətli hərbi qulluqçuları təmin ediləcəklər.

Diaspora