DSX: Atışma Ermənistan hərbçilərinin öz aralarında baş verib - FOTO

DSX:  Atışma Ermənistan hərbçilərinin öz aralarında baş verib - FOTO backend

"2022-ci il 28 may tarixində Ermənistan mətbuatında Azər­baycan-Ermənistan döv­lət sərhədində guya Azərbaycan tərəfinin atəşkəsi pozması nəticəsində Ermənistan Silahlı Qüvvələrinin 1 hərbi qulluq­çusunun ağır yaralanması barədə yayılan məlumatlar həqi­qətə uyğun deyil və real­lığı əks etdirmir."

Bu barədə Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən xəbər verilib.

 

Bildirilib ki, Ermənistan hərbi qulluqçusunun yaralandığı ərazinin (ER-nın Sünik vilayətinin Nerkin And kəndi) qarşısında (Zəngilan rayonu­nun Razdərə kəndi) dövlət sər­hə­dinin müdafiəsi və mühafizəsini hə­yata keçirən bölmələrimiz tərə­fin­­dən həmin gün ərzində ER ərazisi istiqamətində ümumiyyətlə atəş açılmayıb. Eyni zamanda bölmələrimiz tərəfindən həyata keçirilən müşa­hidələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin bölməsinin dislo­kasiya yerində hərbçilərin içkili vəziyyətdə intizamsızlıq etmələri, saat 10:37 radələrində isə çadırın içərisində 1 ədəd, 8 dəqiqə sonra – saat 10:45-də isə daha 2 ədəd atəş səslərinin eşidil­məsi, bir qədər sonra isə xərəkdə 1 nəfərin çadırdan çıxarılaraq təx­liyə edilməsi qeydə alınıb:

"Həmin vaxt həyata keçirilən müşahidə, foto-video və digər materialların təhlili hadisənin Ermənistan hərbçiləri­nin öz aralarında baş verdiyini göstərir.
Ermənistan tərəfinə bu cür təxribat xarakterli üsullara əl ataraq Silahlı Qüvvələrində ölümlə nəticələnən inti­zam­sızlıq hadisələrini gizlətmək əvəzinə ictimaiyyətə doğru məlumat verməyi tövsiyə edirik."-deyə məlumatda qeyd olunub.

Diaspora