"Anatolian Phoenix-2022” təliminə hazırlıq brifinqi təqdim olunub

"Anatolian Phoenix-2022” təliminə hazırlıq brifinqi təqdim olunub backend

Türkiyənin Konya şəhərində keçirilən “Anatolian Phoenix-2022” taktiki-uçuş təliminə hazırlıq və mərhələlər üzrə icra olunacaq tapşırıqlar barədə brifinq təlimdə iştirak edəcək müxtəlif ölkələrin nümayəndələrinə təqdim olunub.

Bu barədə  Müdafiə Nazirliyindən məlumat verilib.

Qeyd edək ki, Azərbaycan Hərbi Hava Qüvvələrinin pilotlarının və aviasiya vasitələrinin iştirakı ilə keçirilən beynəlxalq təlim may ayının 27-dək davam edəcək.

Diaspora