ABŞ prezidenti Co Bayden Rusiya lideri Vladimir Putinin G20 ölkələrinin toplantısında iştirakına qarşı olduğunu bildirib.
Modern.az xəbər verir ki, CNN-in məlumatına görə, Ağ Ev rəhbəri İndoneziyanı Rusiyanı noyabrda keçirilməsi planlaşdırılan G20 sammitindən kənarda saxlamağa çağırıb. Rəsmi Vaşinqton Rusiya prezidenti Vladimir Putini görüşdə görmək istəmir.
Ağ Ev başa düşür ki, İndoneziya Rusiyanın Ukraynaya müdaxiləsindən əvvəl Putini tədbirə dəvət edib. Bununla belə, bu sammitə ev sahibliyi edən ölkədən öz dəvətinə yenidən baxması xahiş olunur.
"Prezident Bayden Putinin G20-də iştirakına qarşı olduğunu açıq şəkildə ifadə edib", - Ağ Evin spikeri Cen Psaki bildirib.
G20 sammitinə təkcə Rusiya deyil, Ukrayna da qonaq qismində dəvət olunub.
Putinin məlum tədbirə dəvət edən İndoneziya prezidenti Coko Vidodo isə "İndoneziya G20-ni birləşdirmək istəyir. Parçalanmaya imkan verməyin. Sülh və sabitlik qlobal iqtisadiyyatın bərpası və inkişafının açarıdır" deyib.
Eyni zamanda, ABŞ Ukraynanın dəvətini alqışlayıb. Bununla belə, Ağ Ev altı aydan sonra sammitin necə görünəcəyini proqnozlaşdırmaq öhdəliyini götürmür.
"Daha altı ay. Tədbirin necə olacağını bilmirik, indidən heç nə deyə bilmərik. Biz ictimai və özəl olaraq öz fikrimizi bildirdik ki, rusların bu işin bir parçası olması lazım deyil" – Ağ Ev rəsmisi Psaki deyib.