“Azərbaycanlı qardaşlarımızı çiyin-çiyinə, vahid yumruqla dəstəkləməyə davam edirik”

“Azərbaycanlı qardaşlarımızı çiyin-çiyinə, vahid yumruqla dəstəkləməyə davam edirik” backend

“Azərbaycanlı qardaşlarımızı çiyin-çiyinə, vahid yumruqla dəstəkləməyə davam edirik”.

 

“Report” xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar deyib.

 

"Egey, Aralıq dənizində, Kiprdə, Liviyada və Azərbaycanda dost və qardaşlarımızın hüquq və mənafelərinin reallaşması davam edir. Qonşu Yunanıstan və digər ölkələrlə həmişə deyirik ki, biz dostluğun tərəfdarıyıq, beynəlxalq hüququn, dialoqun tərəfdarıyıq. Biz bunları deyirik”, - Hulusi Akar vurğulayıb.

 

“Suriyanın şimalında kimsə terrorçulara nəsihət verməyə və terror təbliğatı ilə nəsə etməyə çalışdı. Mehmetçik onları qazdıqları çuxurlarda basdırdı. Hər kəs bilməlidir ki, heç bir şəraitdə Suriyanın şimalında hər hansı formalaşmaya imkan verməyəcəyik. Biz onlara imkan verməyəcəyimizi bilmələrini istəyirik”, - nazir əlavə edib.

Diaspora